Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-24 10:50:00
Təhsil naziri azad edilmiş ərazilərdə məktəb tikintisindən danışıb

Əldə olunan böyük zəfər azyaşlıların, gənclərin, müəllimlərin milli düşüncə tərzində, gələcəyə inamında böyük dönüş nöqtəsidir.

 

Bunu “Qarabağ: Cənubi Qafqazdan dünyaya açılan yeni mənzərə” elmi-praktik konfransında "Azərbaycan təhsili: yeni çağırışlar, perspektivlər" mövzusunda çıxış edən təhsil naziri Emin Əmrullayev bildirib.

 

Onun sözlərinə görə, Şuşada, Ağdamda, Cəbrayılda məktəb layihələndirilməsi işləri olduqca vacibdir.

 

Nazir qeyd edib ki, təhsildə yeni məzmunun azad edilmiş ərazilərdə bərqərar olması əsas məqsədlərdən biridir: “Bu proses minlərlə müəllim və şagird üçün də imkandır. Rəqəmsal bacarıqlar, STEAM layihəsi orada da nəzərə alınacaq”.

APA