Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-24 10:25:00
Peşə təmayüllü siniflərin sayı Açıqlandı

BŞTİ-nin tabeliyindəki 15 ümumi təhsil müəssisəsində peşə təmayüllü siniflər fəaliyyət göstərir.

 

Bakı Şəhəri Təhsil İdarəsindən AzEdu.az-a verilən məlumata görə, peşə təmayüllü siniflər paytaxtdakı 64, 97, 117, 120, 166, 179, 208, 213, 234, 265, 274, 293, 301, 302, 321 nömrəli tam orta məktəblərdə fəaliyyət göstərir.

 

Peşə təmayüllü siniflərin yaradılmasının əsas məqsədi ümumi təhsil bazasında təhsilalanların müxtəlif peşələr üzrə ilkin bilik və bacarıqlara yiyələnməsini təmin etmək, peşə ixtisasları barədə məlumatlandırılmaqla əmək bazarına, eləcə də peşə təhsilinə hazırlanmasından ibarətdir.