Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-24 10:13:00
Şirkət mütəxəssisləri ADNSU tələbələrinə master-klass keçiblər  

Dekabrın 23-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) keçirilən XI Məzun-Karyera Sərgisi çərçivəsində tələbələr üçün master-klass da təşkil olunub. Universitetin Məzun-Karyera Mərkəzinin mütəxəssisi Aytac Məlikova öncə görüş haqqında tələbələrə məlumat verib. Sonra Dövlət Məşğulluq Agentliyinin mütəxəssisləri Samir Ağayev və Nigar Aslanova tələblərə "Karyerada ilk addım" mövzusunda master-klass keçiblər. Həmçinin, “AzerGold” QSC-nin mütəxəssisi Valid Əliyev ADNSU tələbələrinə “AzerGold QSC-nin fəaliyyəti ilə bağlı tanıtım” mövzusunda master-klass keçib. 

 

AzEdu.az xəbər verir ki, hər üç mütəxəssis mövcud əmək bazarı, gənc mütəxəssislərə olan tələbatdan, onların gələcək karyeralarını necə qurmalarının önəmindən danışıblar.

 

Tələbələr də belə görüşlərin onlar üçün maraqlı olduğunu, həmçinin gələcək karyeralarını qurmaq üçün bir stimul verdiyini bildiriblər. Sonda tələbələrin sualları mütəxəssislər tərəfindən cavablandırılıb.