Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-23 17:47:00
“Yeni il möcüzəsi” adlı musiqili-əyləncəli tamaşa nümayiş olunub

Dekabrın 23-də Təhsil Nazirliyinin dəstəyi və 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən Heydər Əliyev Sarayında 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə və Yeni ilə həsr olunmuş “Yeni il möcüzəsi” adlı musiqili-əyləncəli tamaşa təşkil edilib.

 

AzEdu.az xəbər verir ki, tədbirdə şəhid ailələlərinin övladları, valideyn himayəsindən məhrum olmuş və sağlamlıq imkanları məhdud uşaqlar üçün internat məktəblərinin və ümumtəhsil məktəblərinin şagirdləri tamaşaçı qismində iştirak ediblər.

 

Musiqili-əyləncəli tamaşada 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin teatr dərnəyinin gənc aktyorları, rəqs kollektivlərinin uşaqları, gənc vokalçılar maraqlı proqramla gənc tamaşaçıların qarşısında çıxış edərək nağıl qəhrəmanlarını canlandırıblar.

 

Tədbir boyu mərkəzin rəqs qruplarının ifasında qış mövzusuna aid müxtəlif rəqslər, o cümlədən Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbə ilə bağlı rəqslər nümayiş olunub.