Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-23 17:07:00
Bakı Şəhəri üzrə Təhsil İdarəsi: 44 məktəb və 29 müəllim V qrant müsabiqəsinin qalibi olub

Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsi çərçivəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki təhsil müəssisələri üzrə 44 layihə qalib olub.

 

Bu barədə AzEdu.az-a Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrindən 7, 10, 12, 21, 82, 176, 189-190, 202, 214, 250, 251, 295 və 329 nömrəli tam orta məktəblər, 83 nömrəli məktəb-lisey və 287 nömrəli “Zəkalar” liseyinə məxsus layihələr ümumi təhsil müəssisələri kateqoriyası üzrə qaliblər sırasında yer alıb.

 

BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan müəllimlər tərəfindən təqdim olunan 29 layihə isə fərdi kateqoriya üzrə qalib olub.