Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-23 13:00:00
Bu il sağlamlıq imkanı məhdud və ya əlil övladı olan 9 qadına diplom verilib

“Qənnadçı-şirniyyatçı” ixtisası üzrə qeyri-formal olaraq fəaliyyət göstərən sağlamlıq imkanları məhdud və ya öhdəliyində əlil övladı olan 16 qadının formal məşğulluğuna dəstək göstərilməsi məqsədilə qiymətləndirilmə həyata keçirilib.

 

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin sədri Eldar Orucov keçirdiyi brifinqdə imtahanda uğurlu nəticə göstərən 13 ərizəçidən 9-nun diplom, 4-nün isə müvafiq modullar üzrə sertifikat əldə etmək hüququ qazandıqlarını deyib.

 

O qeyd edib ki, bu il 5 ixtisas üzrə (Bərbər, Plastik boru, Mobil telefonların təmiri ustası, Qənnadçı-Şirniyyatçı, Aşpaz) imtahanlar təşkil olunub.

 

Qeyri-formal və informal təhsillə bağlı görülən işlərdən danışan E.Orucov əlavə edib ki, hesabat dövründə vətəndaşlara 174 sertifikat, 13 diplom təqdim olunub: "20 nəfərdən ibarət ekspert bazası yaradılıb. 7 ixtisas üzrə 1 457 sual, 107 tapşırıq hazırlanıb və əmək bazarının nümayəndələri tərəfindən bütün sual və tapşırıqların ekspertizası aparılıb".

 

Report

 

Sədr deyib ki, bu il ümumilikdə 17 özəl müəssisə ilə əməkdaşlıq edilib, 10 müəssisə ilə müqavilə bağlanıb: "Bu il 96 müəssisənin iştirakı ilə əmək bazarının təhlilinə dair sorğu həyata keçirilib. Ərizəçi şikayətlərinə baxılması məqsədi ilə Apelyasiya Komissiyası yaradılıb".