Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-23 10:00:00
Bakıda vaksin olunan təhsil işçilərinin sayı açıqlanıb

Bakıda koronavirus əleyhinə vaksin olunan təhsil işçilərinin sayı açıqlanıb.

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AzEdu.az-a verilən məlumata görə, paytaxtda təhsil işçilərinin 33 968 nəfəri vaksinasiya prosesinə qoşulub.

 

Qeyd olunub ki, bu göstərici paytaxtın təhsil müəssisələrində çalışanların təxminən 90 faizi həddindədir: "Onlardan 8 820 nəfəri artıq 3-cü doza peyvənd olunub. Hazırda Bakı şəhərində yerləşən 2 ümumi təhsil məktəbində (278, 316) peyvənd məntəqəsi fəaliyyət göstərir".