Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-22 16:32:00
Paytaxt məktəbliləri ölkəmizi beynəlxalq arenada 2021-ci ildə də uğurla təmsil ediblər


Kiprdə təşkil olunan 38-ci Balkan Riyaziyyat Olimpiadasında iştirak edən məktəblilərimiz uğurlu nəticə göstəriblər. Belə ki, Bakı şəhəri 220 nömrəli məktəb-liseyin şagirdi Yusif Qasımov gümüş medal, Bakı şəhəri 72 nömrəli məktəb-liseyin şagirdi Cavad İsmayılzadə həvəsləndirici mükafat qazanıb.


AzEdu.az
xəbər verir ki, Özbəkistanda Əl-Fərqani adına Beynəlxalq Fizika Olimpiadasında uğurla iştirak edən Bakı şəhəri 220 nömrəli məktəb-liseyin şagirdi Ramin Qasımlı bürünc medal qazanıb.

Qazaxıstanın Almatı şəhərində fizika, riyaziyyat və informatika fənləri üzrə onlayn XVII Beynəlxalq Jautıkov Olimpiadasında (IZhO) paytaxt məktəbliləri ölkəmizi uğurla təmsil ediblər. Belə ki, riyaziyyat fənni üzrə 220 nömrəli məktəb-liseyin şagirdi Yusif Qasımov gümüş medal, 72 nömrəli məktəb-liseyin şagirdi Cavad İsmayılzadə və 117 nömrəli tam orta məktəbin şagirdi Rüstəm Təhməzov bürünc medal qazanıb. İnformatika fənni üzrə isə 269 nömrəli tam orta məktəbin şagirdi Amin Cəlilov bürünc medalın sahibi olub.
189-190 nömrəli tam orta məktəbin şagirdi Musa Məmmədov “SASMO” (Sinqapur Beynəlxalq Riyaziyyat Olimpiadası) Olimpiadasında ölkə üzrə 12-ci yeri, dünya üzrə 128-ci yeri tutub.

Moskvadan keçirilən VI Meqapolislər Olimpiadasında Bakı şəhəri 2 nömrəli Texniki-Humanitar Liseyin şagirdi Elçin Musazadə bürünc medala layiq görülüb.