Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-22 15:20:00
2021-ci təqvim ili rəqəmlərdə - STEAM  

2021-ci ildə STEAM layihəsi 302 ümumtəhsil məktəb və 10 STEAM Mərkəzini əhatə edib. Ümumilikdə 91000-ə yaxın şagird STEAM tədrisinə cəlb edilib.

 

AzEdu.az xəbər verir ki,Təhsil Nazirliyindən verilən məlumata görə, hazırda Bakı, Xırdalan, Şirvan, Quba, Gəncə, İsmayıllı və Bərdədə STEAM Mərkəzləri fəaliyyət göstərir. 

 

Sabirabad və Ağdaşda STEAM Mərkəzləri üzrə işlər başa çatıb. Bu ilin sonunadək Lənkəran STEAM Mərkəzi üzrə də aparılan işlər yekunlaşacaq.