Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-22 09:12:00
Təhsil Nazirliyi: “Rəqəmsal bacarıqlar” layihəsi 190 mindən çox şagirdi əhatə edir

2021-ci ildə “Rəqəmsal bacarıqlar” layihəsi ölkənin 250 məktəbinin 190 000-dən çox şagirdini əhatə edib.  

 

AzEdu.az xəbər verir ki, bu, ötən ilə nisbətən 28 məktəb və 90 000 şagird artımı deməkdir.

 

Layihə Bakı, Sumqayıt, Gəncə, Şəki, Şirvan, Şamaxı, Lənkəran, Biləsuvar, Mingəçevir, Xaçmaz, Yevlax, Sabirabad, Salyan, Şəmkir, Göyçay və Şabran şəhər və rayonları üzrə məktəbləri əhatə edir.