Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-21 16:15:00
Təhsil Nazirliyi: Məktəblilərimiz Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadasında uğur qazanıblar  

Birləşmiş Ərəb Əmirliklərində Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadası (2020-2021) keçirilib. Olimpiadada Azərbaycan məktəbliləri də iştirak ediblər.

 

AzEdu.az xəbər verir ki, olimpiada MCQ (test), nəzəri və laboratoriya mərhələsindən ibarət olub. Test və nəzəriyyə mərhələləri Heydər Əliyev adına Müasir Təhsil Kompleksində, laboratoriya mərhələsi isə Azərbaycan-Fransız Universitetində onlayn formatda baş tutub. 59 ölkədən 354 şagirdin iştirak etdiyi olimpiadada məktəblilərimiz uğurlu nəticə əldə ediblər. Komandamız 1 gümüş və 3 bürünc medal olmaqla, ümumilikdə 4 medal qazanıb. Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin X sinif şagirdi Nigar Yaqublu gümüş medala, Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin X sinif şagirdi Dərya Namazova, Kimya-biologiya təmayüllü liseyin X sinif şagirdi Sara Əhmədzadə və akademik Zərifə Əliyeva adına Liseyin X sinif şagirdi Daniil Yarkovoy isə bürünc medala layiq görülüblər.