Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-21 15:48:00
Sabah Lütfi Zadə adına beynəlxalq olimpiadanın riyaziyyat fənni üzrə yarışı keçiriləcək  

Dekabrın 22-də dünyaşöhrətli azərbaycanlı alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfi Zadə adına beynəlxalq olimpiadanın riyaziyyat fənni üzrə yarışı keçiriləcək.

Təhsil Nazirliyindən  bildirilib ki, riyaziyyat fənni üzrə iştirakçılara 4 tapşırıq və bu tapşırıqların həlli üçün 4 saat 30 dəqiqə vaxt ayrılıb.

Qeyd edək ki, Lütfi Zadənin 100 illiyinə dair tədbirlər planı çərçivəsində nəzərdə tutulan olimpiada məktəblilər arasında riyaziyyat və informatika fənləri üzrə təşkil ediləcək. Dekabrın 23-də informatika fənni üzrə yarış təşkil olunacaq. İnformatika fənni üzrə iştirakçılara 4 tapşırıq və onların həlli üçün 5 saat vaxt veriləcək. Dekabrın 25-də isə qaliblərin elan edilməsi və bağlanış mərasiminin təşkili nəzərdə tutulur.