Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-17 10:26:00
UNEC ölkə üzrə birinci oldu

QS Reytinq Agentliyinin 2022-ci il üçün “QS İnkişaf Etməkdə olan Avropa və Mərkəzi Asiya” regionu üzrə reytinqi açıqlanıb.

 

AzEdu.az xəbər verir ki, reytinqdə UNEC 221-230-cu yerlərdə qərarlaşıb. Builki reytinqə regiondan 450 universitet daxil olub. Azərbaycandan isə 7 ali təhsil müəssisəsi bu reytinqə daxil ola bilib.

 

Reytinq sıralamasında UNEC-in əldə etdiyi ən yaxşı nəticə “İşəgötürənlər reputasiyası” (20% çəkiyə malikdir) indikatoru üzrə olub. Belə ki, region universitetləri arasında 96-cı ən yaxşı nəticəni əldə edən UNEC Azərbaycan universitetləri arasında birinci yerdə qərarlaşıb.

 

UNEC Akademik reputasiya (30% çəkiyə malikdir) indikatoru üzrə 14 pillə irəliləyərək, Azərbaycan universitetləri üzrə ikinci ən yaxşı nəticəni göstərib və regionda 122-ci yerdə qərarlaşıb.