Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-17 10:14:00
AzTU əməkdaşları Vətən müharibəsində şəhid olan məzunların ailələrini ziyarət edib

Azərbaycan Texniki Universitetinin (AzTU) əməkdaşları universitetin 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan məzunları - Rəşad Zeynallı, Elçin Bağırov və Raul Piriyevin ailələrini ziyarət edib. 

 

AzEdu.az xəbər verir ki, şəhidlərin ailə üzvləri ilə söhbət zamanı onların tələbəlik illərindəki xatirələrindən söhbət açılıb, vətənpərvərlik hisslərinin yüksək olması xüsusi vurğulanıb. Bildirilib ki, AzTU-da şəhid tələbə və məzunların xatirəsi hər zaman ehtiramla yad edilir və bundan sonra da belə davam edəcək. Şəhid tələbə və məzunların xatirəsinin əbədiləşdirilməsi, onların gələcək nəsillərə tanıdılması üçün universitetdə tələbələr arasında mütəmadi olaraq maarifləndirmə işləri aparılır.

 

Görüş zamanı AzTU tələbələri və məzunlarının torpaqlarımızın azad olunması uğrunda aparılan bütün döyüşlərdə ön sıralarda xidmət etdiyi və onların Vətənə olan sevgisi vurğulanıb.

 

Qeyd olunub ki, 44 günlük Vətən müharibəsində universitetin tələbə və məzunları arasından 36 nəfər şəhidlik zirvəsinə ucalıb.

 

Şəhidlərimizin ruhu qarşısında baş əyirik.

 

Allah bütün şəhidlərimizə rəhmət eləsin!