Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-16 18:00:00
Riyaziyyat fənni üzrə vebinar təşkil olunacaq

Təhsil İnstitutu müəllimlərin sertifikasiyası imtahanlarının qiymətləndirmə çərçivəsinin izahı ilə bağlı vebinarları davam etdirir.

 

İnstitutdan AzEdu.az-a bildirilib ki, növbəti vebinar dekabrın 17-si saat 17:00-da riyaziyyat fənni üzrə keçiriləcək. Spiker qismində 286 saylı tam orta məktəbin riyaziyyat müəllimi, “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi Azadə Kərimova çıxış edəcək. Vebinarın keçirilməsində əsas məqsəd “Birməchullu tənliklər”, “Tənliklər sistemi”, “Funksiyalar və qrafiklər” və “Funksiyaların limiti” mövzularına aid müxtəlif tapşırıqların təhlil edilməsidir.

 

Vebinar institutun feysbuk səhifəsi üzərindən canlı yayımlanacaq.