Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-15 15:13:00
BMU-da NSC Soft şirkətinin təmsilçiləri ilə görüş keçirilib  

Bakı Mühəndislik Universitetində (BMU) Türkiyənin NSC Soft şirkətinin nümayəndələri ilə görüş keçirilib.

 

AzEdu.az xəbər verir ki, şirkətin Azərbaycan nümayəndəliyinin rəhbəri Serkan Zent təmsil etdiyi qurumun informasiya texnologiyaları sahəsində Türkiyənin ən qabaqcıl şirkətlərindən biri olduğunu və  2004-cü ildən fəaliyyət göstərdiyini bildirib. Hazırda dünyanın 40-dan çox ölkəsində müştərilərinin olduğunu deyən S.Zent qeyd edib ki, əsas məqsəd İKT bazarında məhsuldar olmaq, həmçinin kibertəhlükəsizlik istiqamətində həllər təqdim etməkdir. Şirkət təmsilçisi kibertəhlükəsizlik sahəsində Azərbaycanda fəaliyyətlərini inkişaf etdirmək, eyni zamanda, rəqəmsal transformasiya prosesində uğurlu və qabaqcıl beynəlxalq təcrübəyə əsaslanan addımlar atmasına dəstək olmaq niyyətində olduğunu vurğulayıb. S.Zent İKT sahəsində peşəkar kadrların yetişdirilməsi istiqamətində, həmçinin BMU tələbələrinin təcrübə proqramlarına cəlb edilməsində maraqlı olduqlarını fikirlərinə əlavə edib.

 

SABAH magistratura layihəsi üzrə “Kibertəhlükəsizlik” ixtisasının proqram rəhbəri, t.e.f.d. Günay Əbdiyeva-Əliyeva ətraflı məlumata görə qonaqlara təşəkkürünü bildirib. O, Təhsil Nazirliyinin dəstəyi ilə ali təhsilin magistratura səviyyəsi üzrə həyata keçirilən SABAH Magistraturası layihəsi çərçivəsində BMU-da “Kibertəhlükəsizlik” ixtisaslaşmasının açıldığını diqqətə çatdırıb. Proqram rəhbəri tələbələrin təcrübə proqramlarında iştirak etməsinin əhəmiyyətini də vurğulayıb.

 

Sonra görüşdə gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.