Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-15 14:00:00
Məktəb xərcləri üçün pul yığmağı tapşıran direktorla bağlı araşdırma başladı - RƏSMİ + SƏS YAZISI  

Bakı şəhərində yerləşən orta məktəblərdən birinin direktorunun səs yazısı yayılıb. 

Belə ki, 189-190 nömrəli tam orta məktəbin direktoru Ceyran Quliyeva qeyd edir ki, məktəbdəki xərcləri təmin edə bilmir:

“Siz fikirləşmirsiniz ki, məktəbin xərclərini nə ilə ödəməliyik?”, - deyə o, valideynlərə təzyiq edib. 

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsi Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, sözügedən məktəbin direktorunun səs yazısı ilə bağlı qurum tərəfindən müvafiq araşdırma aparılır:

“Araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək.

Məktəbin, müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi hər zaman diqqət mərkəzində saxlanılır”.