Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-15 10:23:00
Fənn olimpiadalarının elektron qeydiyyatı davam edir

Respublika fənn olimpiadalarında iştirak üçün elektron qeydiyyat prosesi davam edir. Qeydiyyat prosesi 20 dekabr tarixində yekunlaşacaq.


AzEdu.az xəbər verir ki, şagirdlər https://portal.edu.az/ platforması üzərindən qeydiyyatdan keçərək “Müsabiqə və olimpiadalar” bölməsində  müvafiq elektron xidmətdən faydalana bilərlər.


25-30 dekabr tarixlərində olimpiadada iştirak edənlərin imtahan mərkəzləri üzrə yerləşdirilməsi, 5-10 yanvar tarixlərində isə buraxılış vərəqələrinin yüklənməsi prosesi həyata keçiriləcək.


Qeyd edək ki,  IX, X və XI sinif şagirdlərinin iştirak etdiyi bu elm yarışında xüsusi istedada malik olan 8-ci sinif şagirdlərinin iştirakına da icazə verilir.


Xüsusi istedada malik olan 8-ci sinif şagirdlərinin qeydiyyatı elektron formada deyil, yerli təhsil idarəetmə orqanlarının Təhsil İnstitutuna müvafiq təqdimatı əsasında həyata keçiriləcək. Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsinin 2022-ci ilin yanvar ayının ikinci yarısında keçirilməsi planlaşdırılıb.