Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-14 15:48:00
ABŞ universitetinin azərbaycanlı professoru ADNSU tələbələrinə seminar keçir  

ABŞ-ın Berkli Kaliforniya Universitetinin azərbaycanlı professoru Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) onlayn seminar keçir.

Bu barədə ADNSU-dan məlumat verilib. Bildirilib ki, Berkli Kaliforniya Universitetinin professoru Rəşad Kərimov Kimya texnologiya fakültəsinin 3-cü kurs tələbələrinə üzvi kimya fənnini onlayn formatda tədris edir.

Hər dəfə 30 tələbənin iştirak etdiyi dərslər həftədə 2 dəfə, interaktiv formatda təşkil olunur. Azərbaycanlı professor, həmçinin tələbələrlə üzvi kimya sahəsində dünya təcrübəsini bölüşür.