Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-13 17:35:00
UNEC-də ustad dərsləri keçirilir  

Rusiya Ali İqtisadiyyat Məktəbi Milli Tədqiqat Universitetinin Ali riyaziyyat kafedrasının müdiri, müasir seçim nəzəriyyəsinin yaradıcılarından biri, texnika elmləri doktoru, professor Fuad Ələsgərovun Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) müasir iqtisadiyyatın aktual problemlərinə dair silsilə ustad dərsləri və mühazirələri davam edir.

 

UNEC-dən AzEdu.az-a bildirilib ki, F.Ələsgərovun “Müasir iqtisadi sistemlərdə qərar qəbuletmə üsulları”, “Kollektiv qərarlar, ekspert qiymətləndirmələri”, “Qruplarda təsir. Təsir indeksləri. Parlamentlərdə, banklarda, BVF təsir bölgüsü təhlili”, “Ədalətli bölgü. Arktikada mübahisəli ərazilərin bölgüsü” mövzularında mühazirələri dinlənilib.

 

Sonda suallar cavablandırılıb.

 

Mühazirələrdə UNEC Rus İqtisad Məktəbinin və Beynəlxalq İqtisadiyyat Məktəbinin müəllim və tələbələri iştirak edir.