Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-13 17:08:00
BMU aliminin məqaləsi beynəlxalq indeksli jurnalda nəşr edilib  

Bakı Mühəndislik Universitetinin (BMU) Ümumi fənlər kafedrasının müdiri, dosent Bilal Dədəyevin müəllifi olduğu məqalə SCOPUS platformasına daxil olan “Türk Kültürü ve Hacı Bektaş Veli Araştırma Dergisi” beynəlxalq indeksli jurnalın 100-cü sayında nəşr edilib.

 

AzEdu.az xəbər verir ki, “Osmanlı-Azerbaycan Sosyo-Kültürel İlişkileri Bağlamında Hurufilik ve Bektaşilik” adlı məqalədə Azərbaycanda formalaşan hürufilik cərəyanın XIV əsrin sonlarından etibarən Osmanlı dövlətində yayılması və bu məsələdə azərbaycanlı olan hürufi mütəfəkkirlərin rolu ətraflı şəkildə araşdırılıb. Bununla yanaşı, Osmanlı dövlətinin qurulması və inkişafında mühüm yerə sahib olan Bektaşiliyin xüsusilə Səfəvilər dövləti zamanında Azərbaycanda da fəaliyyət göstərdiyi mənbələr əsasında ortaya çıxarılıb. Məqalədə bütün bunlar qeyd olunarkən iki cərəyanın formalaşması və fəaliyyətində orta əsr Azərbaycan ictimai-fəlsəfi və mədəni mühitinin təsirləri də elmi əsaslarla tədqiq olunub.

 

Müəllif məqalənin ərsəyə gəlməsində o dövrün çoxsaylı Osmanlı qaynaqları və digər mənbələrdən yararlanıb.

 

Məqalənin tam mətnini aşağıdakı link vasitəsilə əldə etmək mümkündür:

 

https://hbvdergisi.hacibayram.edu.tr/index.php/TKHBVD/article/view/2917