Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-09 16:23:00
Ölkəmizdə faktiki olaraq 12 illik təhsil tətbiq edilir-Məzahir Məmmədli

“Faktiki olaraq, Azərbaycan təhsili 12 illik sistemin daxilindədi”.

 

 Bunu AzEdu.az-a açıqlamasında  təhsil jurnalisti Məzahir Məmmədli  deyib.

 

Belə ki, Təhsil naziri Emin Əmrullayev 11 illik təhsil sisteminin 12 illiyə keçirilməsi məsələsi ilə bağlı fikir irəli sürüb.

 

Məzahir Məmmədli bu fikirə münasibət bildirib:

 

 “İlk olaraq Azərbaycan təhsili hansı vəziyyətdə olduğu müəyyən edilməli və buna uyğun qərar verilməlidi.

 

 Ümumi  baxdıqda aydın olur ki, ölkəmiz 12 illik təhsil sisteminə keçid edib. Məktəbəqədər təhsil sistemi o deməkdir ki, biz faktiki olaraq 12 illik təhsilin içərisindəyik. Bunun rəsmi şəkildə müzakirəyə çıxarılmasında hansı ehtiyacın olduğunu bilmirəm. Sərəncamla nəzərdə tutulub ki,  5 yaşdan etibarən uşaqlar hazırlıq qruplarına, 6 yaşdan isə birinci sinifə gedirlər. Bu, faktiki olaraq onu göstərir ki, Azərbaycan təhsili 12 illik sistemin daxilindədi. Əvəllər 5 yaşlı uşaqların məktəbəqədər təhsilə  cəlbi məsələsi gecikirdi. Lakin bu, hazırda kütləvi hal alıb. Çox az uşaqlar var ki,  bu təhsil növündən kənarda qalırlar. Bunun üçün Təhsil Nazirliyi ayrıca müəllimlər də müəyyənləşdirib. Bu qruplarda dərs saatları bir qədər azdır. Lakin ümumi baxdıqda 12 illik təhsil ölkəmizdə mövcuddu.

 

 Lakin orta  təhsili bütünlükdə 12 ilə keçirmək istəyiriksə, onu pilot layihə kimi tətbiq etmək daha effektiv olar. Bunu bir neçə rayon və məktəbdə edib nəticəyə uyğun olaraq digər ərazilərə də tətbiq etmək olar.

 

 Bəziləri düşünür ki, erkən təhsil uşaqlarda müəyyən fəsadlar yarada bilər. Ona görə də məktəbəqədər təhsili yalnız xüsusi qabiliyyəti olan şəxslərə tətbiq etmək lazımdır. Lakin hazırda bizdə bu tətbiq edilməyib”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları