Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-09 11:07:00
Təhsil naziri: İnnovativ məktəblər layihəsinə başlanılacaq  

İnnovativ məktəblər layihəsinə başlanılacaq. Layihə özündə rəqəmsal bacarıqları, STEAM-i birləşdirəcək.

 

AzEdu.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev Bakı Ekspo Mərkəzində 6-11-ci sinif şagirdləri üçün təşkil olunan “STEAM Azərbaycan Festivalı 2021”in açılış mərasimində deyib. O bildirib ki, layihənin məqsədi şagirdlər üçün yeni çağırışlara cavab verən tədrisi təşkil etməkdir.

 

Qeyd edək ki, Heydər Əliyev Fondunun dəstəyi ilə Təhsil Nazirliyi tərəfindən reallaşdırılan STEAM layihəsinin məqsədi müasir təhsil çağırışları əsasında inkişaf etmiş ölkələrdə tətbiq edilən təhsil yeniliklərinin ölkəmizdə tətbiqi imkanlarının öyrənilməsi və öyrədilməsindən ibarətdir. STEAM beş sahənin – elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyatın birgə və inteqrasiya olunmuş tədrisi ideyası üzərində qurulub.