Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-16 16:28:00
Azərbaycanda koronavirusa görə bağlanan məktəb və siniflərin sayı açıqlanıb

Builki tədris ili müddətində Gigiyena və Epidemiologiya Mərkəzlərinin müvafiq qərarıyla ümumilikdə 61 ümumi təhsil müəssisəsində tədris və təlim-tərbiyə prosesinin əyani formada təşkili 14 gün müddətinə dayandırılıb.

 

AzEdu.az xəbər verir ki,  bunlardan 37-si müddət tamam olduqdan sonra əyani tədrisə qayıdıb.

Eyni zamanda 1537 sinifdə tədris və təlim-tərbiyə prosesinin əyani formada təşkili 14 gün müddətinə dayandırılıb. Bunlardan təyin edilən müddət başa çatdıqdan sonra 885 sinif əyani tədrisə qayıdıb.