Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-13 13:01:00
ADNSU-da “Müsahibə etiketi” mövzusunda təlim keçirilib  

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Xarici İşlər Nazirliyinin Kadrlar idarəsinin şöbə müdiri Günay Rəhimova “Müsahibə etiketi” mövzusunda təlim keçirib.

 

Bu barədə AzEdu.az-a ADNSU-dan məlumat verilib. Bildirilib ki, təlimdə G.Rəhimova danışıq və nitq mədəniyyəti, həmçinin bədən dili və digər etiket qaydaları haqqında geniş təqdimatla çıxış edib.

 

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

 

Təlimdə universitetin əməkdaşları, IV kurs, magistratura və “SABAH” qruplarının tələbələri iştirak ediblər.