Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-13 11:34:00
BMU aliminin həmmüəllifi olduğu ixtira patent alıb  

Bakı Mühəndislik Universitetinin (BMU) Fizika kafedrasının müdiri, fiz.f.d. Razim Bayramlının həmmüəllifi olduğu ixtira patent alıb. “Optik-şəffaf kristallarda quruluş çevrilmələrinin mexanizminin tədqiqi üsulu” adlı ixtiraya Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi  Patent və Əmtəə Nişanları Ekspertizası Mərkəzi tərəfindən İ 2021 0093 nömrəli patent verilib.

 

AzEdu.az xəbər verir ki, yeni ixtira kristallar fizikasına, xüsusilə bərk mühitdən monokristallar yetişdirilməsinə və optik-şəffaf kristallarda quruluş çevrilmələrinin mexanizminin tədqiqinə aiddir.

 

İxtira barədə məlumat “Sənaye mülkiyyəti”nin 31.03.2021 tarixli 3№-li bülletenində çap olunub. Daha ətraflı məlumatı http://copat.gov.az/ saytından əldə etmək mümkündür.