Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-13 10:00:00
AzTU-nun əməkdaşları universitetin məzunu olan şəhidlərin ailələrini ziyarət ediblər

Azərbaycan Texniki Universitetinin (AzTU) əməkdaşları bu ali məktəbin məzunları, Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Rəşad Mehdiyev və Rəşad Zeynallının ailələrini ziyarət ediblər.

 

Bu barədə AzEdu.az-a AzTU-dan məlumat verilib. Bildirilib ki, Rəşad Mehdiyev və Rəşad Zeynallı həm nümunəvi tələbə, həm də vətənpərvər gənc kimi yaddaşlarda qalıb. Universitetdə şəhidlərimizin əziz xatirəsi hər zaman yad olunur və bu belə də davam edəcək.