Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-12 17:32:00
UNEC-də “Keyfiyyət təminatında təcrübə mübadiləsi” mövzusunda vebinar keçiriləcək  

Noyabrın 19-da Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Keyfiyyət təminatında təcrübə mübadiləsi” mövzusunda vebinar keçiriləcək.

 

UNEC-dən AzEdu.az-a bildirilib ki, vebinarda “Yeni akkreditasiya qaydaları və onun ali təhsil müəssisələri üçün yaratdığı öhdəliklər”, “Ali təhsildə tələbə mərkəzli keyfiyyət təminatı sistemi və Hacettepe Universitetinin tətbiqi”, “UNEC üzrə keyfiyyət göstəriciləri modeli”, “Türkiyədə ali təhsilin dəyişən strukturu və Ankara Universitetinin keyfiyyət təminatı modeli” və s. mövzularda məruzələr dinləniləcək.

 

Tədbirdə iştirak üçün UNEC-in saytında yerləşdirilmiş link vasitəsilə qeydiyyatdan keçmək lazımdır.