Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-11 13:49:00
Non-Erasmus mübadilə proqramına sənəd qəbulu elan olunur-UNEC

Non-Erasmus (ikili əməkdaşlıq çərçivəsində) mübadilə proqramına sənəd qəbulu elan olunur. Proqram çərçivəsində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbələri 2021-2022-ci tədris ilinin yaz semestrində təhsillərini xaricdə davam etdirə bilərlər.

 

AzEdu.az xəbər verir ki, mübadilə proqramının şərtlərinə əsasən xarici universitetə təhsil haqqı ödənilmir. Tələbələr yalnız yol və yaşayış xərclərini ödəyirlər. Universitetlər üzrə ayrılmış yerlərin say məhdudiyyətini nəzərə alaraq müraciət çox olduğu halda müsabiqə keçiriləcək.

 

Onlayn müsahibəyə ancaq müəyyən sayda (shortlisted candidates) tələbələr dəvət olunacaq.

Non-Erasmus mübadilə proqramı çərçivəsində UNEC-in tələbələri Fransanın Monpelye Universiteti, Almaniyanın Ziqen Universiteti, Litvanın Mikolos Romeris Universiteti, Koreyanın SolBridge Beynəlxalq Biznes Məktəbi, Rusiyanın Plexanov adına Rus İqtisad Universitetinə getmək üçün müraciət edə bilərlər. Müraciətlər noyabrın 19-dək qəbul edilir.