Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-03 17:00:00
KPMG Azərbaycan şirkətinin UNEC-də Karyera Günləri davam edir-FOTO

KPMG Azərbaycan şirkətinin UNEC-də Karyera Günləri ilə bağlı tədbirləri davam edir.

 

AzEdu.az xəbər verir ki, karyera günləri çərçivəsində KPMG Azərbaycan şirkətinin nümayəndələri tərəfindən tələbələrə şirkət barəsində, orada mövcud olan karyera və iş imkanları ilə bağlı geniş məlumatlar verilib.

 

Həmçinin tədbir çərçivəsində KPMG Azərbaycan şirkətində mövcud olan vakansiyalar üzrə müsahibələr keçirilərək, karyera imkanları və işə qəbul qaydaları barədə infosessiyalar təşkil olunmuş, iştirakçıların sualları cavablandırılıb.

 

Karyera günləri aşağıda qeyd olunan tarixlərdə və qeyd olunan ünvanlar üzrə davam edəcək.

 

3-4 noyabr, 10.00 - 18.00 - 2 saylı tədris binası, kiçik akt zalı, otaq 101

5 noyabr 10.00 - 13.00 - 3 saylı tədris binası, kiçik akt zalı

5 noyabr 14.00 - 18.00 - 4 saylı tədris binası, kiçik akt zalı

Bütün tələbələrimizi fürsətdən yararlanmağa dəvət edirik!