Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-02 13:07:00
AzTU-da "Keyfiyyət təminatı" mövzusunda tədbir keçirilib

Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) təşkilatçılığı ilə ali təhsil müəssisələrində “Keyfiyyət təminatı” mövzusunda tədbirlərin keçirilməsinə start verilib. İlk tədbir Azərbaycan Texniki Universitetində (AzTU) təşkil olunub. Tədbirin keçirilməsində məqsəd ali təhsil müəssisələrinin daxili keyfiyyət təminatı sisteminin qurulması sahəsindəki təcrübələrinin təkmilləşdirilməsi və artıq formalaşmaqda olan daxili keyfiyyət təminatı struktur bölmələrinə dəstəyin təmin olunmasıdır. 

 

AzEdu.az xəbər verir ki, tədbirdə AzTU-nun tədris işləri üzrə prorektoru Nurəli Yusifbəyli, TKTA-nın Təlim və metodologiya şöbəsinin müdiri Asiman İlyasov, Akkreditasiya və lisenziya şöbəsinin müdiri vəzifəsini icra edən, baş məsləhətçi Elmar Mustafayev, Bakı Mühəndislik Universitetinin (BMU) Distant təhsil və keyfiyyətin təminatı mərkəzinin direktoru Cəmil Məmmədov, Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Keyfiyyət təminatı şöbəsinin müdiri Faina Qaçabəyova, Milli Aviasiya Akademiyasının Keyfiyyət təminatı departamentinin rəhbəri Ramil Əhmədov çıxış edib.  Çıxış edənlər təhsil müəssisələrində keyfiyyətin təminatı, bu istiqamətdə beynəlxalq təcrübə və standartlar barədə məlumat verib.

 

Qeyd olunub ki, təhsil və təlim müəssisələrində keyfiyyətin daxili təminatı sisteminin yaradılması, tədrisin keyfiyyətin qiymətləndirilməsi üçün belə görüşlərin hər 3 aydan bir fərqli universitetlərdə keçirilməsi nəzərdə tutulur.