Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-02 10:14:00
UNEC: Tələbələr arasında “Zəfər” şahmat turniri başa çatıb

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Tələbə Həmkarlar İttifaqı Komitəsi və UNEC Şahmat klubunun təşkilatçılığı ilə 8 Noyabr Zəfər Günü münasibətilə keçirilən tələbələrarası “Zəfər” şahmat turniri başa çatıb.

 

AzEdu.az xəbər verir ki, yarışmada 64 tələbə iştirak edib. Turnirin qalibləri müəyyənləşib. Birinci yerə Maliyyə və mühasibat fakültəsinin I kurs tələbəsi Mətin Mürsəlli, ikinci yerə Beynəlxalq İqtisadiyyat Məktəbinin I kurs tələbəsi Üzeyir Bədirli, üçüncü yerə isə Mühəndislik fakültəsinin II kurs tələbəsi Nurlan Lətifov layiq görülüb.

 

Qaliblər fəxri fərman və xüsusi hədiyyələrlə mükafatlandırılıb.