Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-02 09:46:00
Bakı Şəhəri üzrə Təhsil İdarəsinə ötən ay bu qədər müraciət daxil olub

Oktyabr ayı ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) 13 min 513 müraciət daxil olub.

 

AzEdu.az xəbər verir ki, müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ şəkildə həll edilib.

 

Statistikaya əsasən, Çağrı Mərkəzinə (146-0 nömrəli) 10 min 725 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzinə isə bu dövrdə 136 vətəndaşın videoqəbul formatında müraciəti daxil olub.

 

Ötən ay BŞTİ-yə 2 min 207 sənəd (vətəndaşlar tərəfindən 643 ərizə, Təhsil Nazirliyindən 281, digər qurumlardan 225, məktəblərdən 732 məktub, 204 strukturdaxili yazışma və 122 kadr ərizəsi) daxil olub və qeydiyyata alınıb. Həmçinin 445 elektron müraciətə baxılıb.

 

Daxil olan müraciətlər müxtəlif məsələlərin tənzimlənmə qaydalarının öyrənilməsi, işə qəbul, şagird yerdəyişməsi, müəllimlərin əmək müqaviləsinin müddətinin uzadılması, informasiya təminatı və digər məsələləri əhatə edib.