Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-01 16:08:00
Direktor vəzifəsinə işə qəbul üzrə müsahibələr davam edir  

Oktyabrın 1-dən direktor vəzifəsinə işə qəbul üzrə müsahibələrin ikinci mərhələsinə start verilib.

 

AzEdu.az xəbər verir ki, Bakı şəhəri üzrə namizədlərlə keçirilən müsahibələr başa çatıb, hazırda digər şəhər və rayonlar üzrə ümumi təhsil müəssisələrində direktor müavini vəzifəsində çalışan namizədlərlə müsahibələr həyata keçirilir. Müsahibələrin ikinci mərhələsinə test imtahanında 30 bal və daha çox nəticə əldə etmiş namizədlər dəvət olunur.

 

Müsahibə mərhələsində namizədlərin peşə üzrə nəzəri bilikləri, idarəetmə bacarıqları, dünyagörüşü və şəxsi keyfiyyətləri yoxlanılır.

 

Hər müsahibə gününün sonunda Təhsil Nazirliyinin rəsmi internet səhifəsindəki müvafiq bölmədə (https://edu.gov.az/az/key-services/diq-musahibe-neticeleri) həmin gün müsahibədə iştirak etmiş namizədlərin nəticələri elan edilir.

 

İndiyədək keçirilən müsahibələrdə 112 namizəd iştirak edib, 18 namizəd uğur qazanıb.

 

Qeyd edək ki, namizədlər şəxsi səhifədə qeyd olunan vaxtdan 15 dəqiqə əvvəl tələb olunan sənədlərlə (şəxsiyyəti təsdiq edən sənədin, təhsil haqqında sənəd və ona əlavənin (olduğu təqdirdə) əsli, əmək kitabçasının surəti) müsahibənin keçiriləcəyi ünvana gəlməlidirlər. Müsahibəyə gəlməyən namizədlər müsabiqədə iştirakdan imtina etmiş hesab olunacaq.

 

Təhsil Nazirliyi direktor vəzifəsinə işə qəbul üzrə müsabiqədə iştirak edən bütün namizədlərə uğurlar arzulayır!