Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-01 14:53:00
Təhsil İnstitutu: Ötən ay metodistlər və tədris işçiləri tərəfindən 110 müraciət daxil olub  

Təhsil İnstitutunun Metodik dəstək və peşəkar inkişaf mərkəzinin “Qaynar xətt”i gücləndirilmiş rejimdə fəaliyyətini davam etdirir.

 

İnstitutdan AzEdu.az-a bildirilib ki, oktyabr ayı ərzində “Qaynar xətt”ə metodistlər və tədris işçiləri tərəfindən 110 müraciət daxil olub. Müraciətlərin 78-i yerində cavablandırılıb, 32-si isə aidiyyəti üzrə yönləndirilib. Statistik məlumatlarla daha ətraflı infoqrafikada tanış olmaq mümkündür.

 

Qeyd edək ki, “Qaynar xətt” metodistlərin və tədris işçilərinin distant təhsil və onun təşkili ilə bağlı müraciətlərini qəbul etmək məqsədilə yaradılıb.