Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-01 12:33:00
Bu universitetdə daha 4 QRUP distant təhsilə keçdi

Azərbaycan Texniki Universitetində (AzTU) ötən həftə 4 qrup distant təhsilə keçib.

 

Universitetdən AzEdu.az-a verilən məlumata görə, Nəqliyyat və logistika fakültəsi -1 tələbə, Xüsusi texnika və texnologiya fakültəsi - 1 tələbə, Maşınqayırma və robototexnika fakültəsi - 1 tələbə, İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsi - 1 tələbə) COVID-19 testi pozitiv çıxıb.

 

Bu səbəbdən həmin tələbələrin təhsil aldığı qruplar distant tədrisə keçib.

 

Qeyd olunub ki, bundan əvvəl koronavirusa yoluxan 3 tələbə artıq sağalıb və onların qrupunda əyani tədris bərpa olunub.