Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-29 12:01:00
Qısamüddətli ali təhsil təhsilin səviyyələri sırasına daxil edilir

Qısamüddətli ali təhsil ali təhsilin səviyyələri sırasına daxil edilir.


AzEdu.az xəbər verir ki, bu, Elm və təhsil komitəsi yanında “Ali təhsil haqqında” qanun layihəsi üzrə yaradılmış işçi qrupunun tərəfindən hazırlanmış və işçi qrupun noyabrın 2-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq “Ali təhsil haqqında” qanun layihəsində əksini tapıb.


Layihəyə əsasən, qısamüddətli ali təhsil müxtəlif ixtisaslar üzrə bilik, bacarıq və səriştələrin qazanılmasına yönələn ali təhsil və Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsinin beşinci səviyyəsidir. Qısamüddətli ali təhsil (qısa dövr) və ya onun ekvivalenti (120 kredit) - bakalavriat səviyyəsinin ilkin dövrünü təşkil edir və “subbakalavr” ali peşə-ixtisas dərəcəsinin verilməsi ilə nəticələnir. Qısa dövr üçün deskriptor, Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsinin 5-ci səviyyəsinin öyrənmə nəticələrinə uyğundur.
Qısamüddətli ali təhsil proqramlarında ümumi orta və tam orta təhsil səviyyəsini bitirmiş şəxslər iştirak edə bilərlər. Qısamüddətli ali təhsil proqramları üzrə əmək bazarı üçün müxtəlif ixtisaslar üzrə peşəkar bilik, bacarıq və səriştələrə malik yüksəkixtisaslı kadr hazırlığını təmin edir. Subbakalavrlara müvafiq qaydada təhsil haqqında dövlət sənədi – diplom və diploma əlavə, akademik transkript verilir. Subbakalavr təhsili haqqında dövlət sənədi ali təhsilin bakalavriat səviyyəsinə daxil olmaq hüququ yaradır və subbakalavrların topladıqları kreditlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada uyğun ixtisaslar üzrə ali təhsil müəssisələrində nəzərə alınır. Subbakalavrlar yalnız bir dəfə ali təhsil müəssisəsinə müsabiqədənkənar (imtahansız) qəbul oluna bilərlər. Qısamüddətli ali təhsil proqramlarının məzmunu ali təhsilin dövlət standartları ilə müəyyən edilir