Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-21 15:37:00
“UNEC-də 1 gün” layihəsinə yenidən start verilib  

Azərbaycan Dövlət İqtisad Universitetində “UNEC-də 1 gün” layihəsinə yenidən start verilib.

 

Universitetdən AzEdu.az-a bildirilib ki, layihə çərçivəsində “Fortis Academy”də II ixtisas qrupu üzrə hazırlaşan abituriyentlər UNEC-də olublar. Görüş zamanı abituriyentlərə universitetdəki ixtisaslar, tədris, xarici universitetlərlə ikili diplom, UDİD, minor və beynəlxalq mübadilə proqramları barədə məlumat verilib. Bildirilib ki, 700 bal toplayanlar UDİD proqramına ödənişsiz, 600 və daha yüksək bal toplayanlar isə 50 faiz güzəştlə qoşulacaqlar.

 

Sonra abituriyentlər üçün infotur təşkil olunub. Onlar auditoriyalar, oxu zalı, 7/24 kitabxana, Radio UNEC, eləcə də universitetin digər inzibati və tədris məkanları ilə tanış olublar.