Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-20 15:00:00
BDU rəsmisi koronavirusa görə dərslərin dayandırılmasına aydınlıq gətirdi  

“Əyani tədris bərpa olunandan indiyə kimi Bakı Dövlət Universitetində (BDU) yeddi qrup üzrə dərslər onlayn formada keçirilir”.

 

AzEdu.az xəbər verir ki, BDU-nun mətbuat katibi Günel Orucəliyeva bildirib. 

 

Onun sözlərinə görə, 2021/22-ci tədris ilinin payız semestrində Bakı Dövlət Universitetinin bütün fakültələrində tədris növbəli şəkildə hibrid formada - mühazirələr həftədə iki gün olmaqla “BLACKBOARD” elektron təhsil sistemi üzərindən onlayn, məşğələ və laboratoriya dərsləri isə həftədə üç gün olmaqla əyani (ənənəvi) şəkildə təşkil olunur:

 

“Ənənəvi şəkildə tədris “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nın tələblərinə ciddi riayət olunmaqla həyata keçirilir.

 

BDU-nun ərazisində fəaliyyət göstərən poliklinikanın həkimləri ənənəvi tədris prosesinə cəlb olunublar. Onlar müəllim və tələbələrinin sağlamlığına müntəzəm olaraq nəzarət edirlər”.

 

“Bu günədək BDU-da təhsil alanlar arasında hər qrupda bir nəfər olmaqla yeddi müxtəlif qrupda COVID-19 virusu aşkarlandığı üçün bütün dərslər 14 gün müddətinə onlayn formaya keçirilib”, - deyə o qeyd edib.

 

Oxu.az