Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-20 14:34:00
Daha bir universitetdə tələbələr COVID-19-a YOLUXDU

Azərbaycan Qərbi Kaspi Universitetinin Mühəndislik fakültəsində koronavirus aşkarlandığı üçün iki qrup distant təhsilə keçib.



Bu barədə Modern.az-a universitetin mətbuat katibi Vüsal Məmmədov məlumat verib.

 

O bildirib ki, pandemiya qaydalarına uyğun olaraq, koronavirus infeksiyası aşkaralanan qrupların dərsləri onlayn rejimə keçirilib:

 

“Qərbi Kaspi Universiteti pandemiya dövründə tədrisi Nazirlər Kabinetinin müəyyən etdiyi qaydalar əsasında təşkil edir.

Ənənəvi tədris prosesində yalnız COVID-19 pasportu olan tələbələr iştirak edir. Eyni zamanda, maskadan istifadə vacib tələbdir”.