Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-12 15:13:00
Dərsi daha yaxşı mənimsəməyin effektiv metodları -ÇOX FAYDALI

 

 

Kitabda qeydlər etmək, mövzunu dərk etməyin ən yaxşı yoludur. Bu, kitabın hərtərəfli mənimsəməsinə imkan yaradır.   

 

AzEdu.az dərsi daha yaxşı mənimsəmənin yollarını  təqdim edir .

 

Qeydlər  aparın -  Açıq-mavi və ya narıncı rəngli  markerlə əsas fikirləri rəngləyin.  

 

Kitabda qeyd aparmaq sizin üçün problem olacaqsa,  rəngli yapışqanlardan istifadə edin.  Bundan  əlavə, elektron qeyd aparma proqramlarına da  müraciət edə bilərsiniz. Yükləyə biləcəyiniz bir çox fərqli qeydiyat proqramı var. Məsələn,   “Marvin” proqramı e-kitab oxuyucularının köməyinə çatacaq .

 

Kitabı yavaş-yavaş və diqqətlə oxuyun -  Mətndəki hər sözə diqqət yetirin. Bir abzas oxuduqdan sonra dayanın və onun barədə düşünün. Mətni yavaş-yavaş oxuduğunuz zaman dərsi daha yaxşı dərk edəcəksiniz.

 

Əsas ifadələrin altından xətt çəkin - Əsas ifadələr  cümlənin sonunda yerləşir. Dəfələrlə təkrarlanan ifadələrə baxın. Mətndə yalnız çox vacib hesab etdiyiniz ifadələrin altından xətt çəkin ki , sizə dərs çətin gəlməsin .

 

Kitabla ünsiyyət qurun-  Kitabı oxuyarkən  təəssüratlarınızı dəftərə yazaraq mətnlə ünsiyyət qurun. Və ya kitab haqqında sualların siyahısını yaradın. Məsələn: “Müəllif mənə nə demək istəyir?” , “kitabda bu nümunəni niyə verdi?” “Bu bənddə müəllifin məqsədi nədir?” - kimi suallar verə bilərsiniz.

 

Bilmədiyiniz və ya sizə yad olan sözlərin siyahısını düzəldin - Bu sözləri ayrı bir vərəqə və ya mətnin sonunda yazın. Sonra lüğətdəki terminlərə baxa və nə demək olduğunu öyrənə bilərsiniz

 

Açar sözləri dairəyə və ya haşiyəyə alın - Kitabda dəfələrlə təkrarlanan sözlərin ətrafına bir qutu da çəkə bilərsiniz.

 

Hər bölməni ümumiləşdirin - Kitabın bir hissəsini bitirdikdən sonra bir neçə açar sözdən istifadə edərək əsas fikri qısaca yazmağa çalışın.

 

Son olaraq qeyd  ədək ki , Kitab oxuyarkən məkanı düzgün seçin  Dərsləri kitabxana və ya iş otağı kimi  sakit  yerdə oxuyun. Evdəsinizsə, otağınızın qapısını bağlayın. 

 

 

Gülcahan Məmmədova