Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-09 09:33:00
Hadrut qəsəbə  məktəbinin direktoru: “Oradakı dərslərimizi səbirsizliklə gözləyirəm”  

“İstəyərdim ki, 2021-2022-ci tədris ilində  dərslərimiz Hadrutda davam etdirək”.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında Xocavənd rayon Hadrut qəsəbəsi Nərimanlı kənd tam orta məktəbinin direktoru Aidə Zülfüqarova deyib.

 

Onun rəhbərlik etdiyi  Qaradağ rayonun Müşfiq qəsəbəsində fəaliyyət göstərir.

 

Direktor məktəbin təhsil göstəriciləri haqqında məlumat verib:

 

 

Səbirsizliklə Hadrutda yaradılacaq məktəb kompleksini gözləyirəm. İnşallah,  güclü ordumuz  bütün torpaqlarımızı işğaldan azad edər. Ümid edirəm ki, təhsil müəssisəmizdə  infrastruktur tezliklə yenilənər. İstəyərdim ki, 2021-2022-ci tədris ilində  dərslər Hadrutda davam etdirilsin.

 

Orada nəticələrimizin yüksək olmasını təmin edəcəm. Vətənpərvərlik ideyalarımızı yüksək səviyyədə təbliğ etməyi planlayıram. Şagirdlər 28 ildən sonra işğaldan azad olunan torpaqlarımızın tarixini mükəmməl bilməlidirlər. Onlar vətənpərvər yetişməlidilər ki,  öz torpaqlarını qoruya bilsinlər. Təhsil Nazirliyinin tədrislə bağlı hansı yenilikləri olsa,  onu peşəkar şəkildə həyata keçirməyə çalışacağam”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları