Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-07 16:55:00
Təhsil müəssisəsi tamamilə yararsız hala düşüb-Uçan məktəbin direktoru

Bərdə rayon Mehdili kənd tam orta məktəbinin binası uçub.

 

 

AzEdu.az-a açıqlamasında  həmin məktəbin direktoru Niyazi Kazımov bildirib ki, hadisə 6 oktyabr saat 12:45 radələrində baş verib:

 

 

“Məktəbin idman zalı və sinif otaqları da daxil olmaqla bütün təhsil müəssisəsi uçub. Xoşbəxtlikdən hadisə zamanı heç kim xəsarət almayıb. Hazırda məktəb binası tamami ilə yararsız haldadır və tədris prosesini həyata keçirmək mümkün deyil. Dünən və bu gün dərs keçmək mümkün olmayıb. Hazırda hadisə yerinə Təhsil Nazirliyinin nümayəndələri gəlib. Həmçinin, Rayon İcra Hakimiyyəti üzvləri və Təhsil Şöbəsi işçiləri məktəbin indiki vəziyyəti ilə tanış olublar. Bina tamami ilə erroziyaya uğradığı üçün bu vəziyyətə düşüb. Məktəb SOVET dövründə tikilib və ondan sonra əsaslı təmir edilməyib”.

 

 

Qeyd edək ki, 200 şagirdin təhsil aldığı 360 yerlik məktəb binasının növbəti ildən tikintisinə başlanacaq.

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları