Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-05 17:48:00
Dövlət İmtahan Mərkəzində vakansiya elan edilib

Dövlət İmtahan Mərkəzi Təşkilat departamentində imtahanların təşkilinə texnologiya və innovasiyaların tətbiqi sektorunda məsləhətçi vəzifəsi üzrə vakansiya elan edib.

 

 AzEdu.az bildirir  ki, müraciət etmək istəyən namizədlər ali təhsilli olmalıdır. İş stajına tələb yoxdur.

 

Namizədin kompüter biliklərinə dair tələblər: Desktop, veb və ya mobil tətbiq üzrə proqram təminatlarının tətbiqi və istismarı (C#, Java, React, PHP, AJAX, Javascript, HTML, CSS, Bootstrap, jQuery, MS Office), məlumat bazalarının yaradılması, aktuallaşdırılması və istifadəsi (MS SQL, MySQL, MS Access).

 

Xüsusi tələblər: Proqramlaşdırma dilləri, verilənlər bazası və onların idarəetmə sistemləri, internet/intranet texnologiyaları, lokal kompüter şəbəkələrinin qurulması, servis və tətbiqi proqram təminatlarının yazılması və istismarı, veb və mobil tətbiqlərin yazılması və istismarı.

 

Xarici dil biliklərinə dair tələblər: ingilis dili – orta, rus dili – orta.

 

Vakansiya üçün müraciət etmək istəyənlər CV-ni 2021-ci il oktyabrın 25-dək [email protected] elektron poçt ünvanına göndərə bilərlər (elektron məktubun mövzu hissəsində “İşə qəbul” sözləri yazılmalıdır).

Ətraflı məlumat DİM-in saytında yerləşdirilib.