Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-05 17:35:00
"Hər şey mənə daha ağır gəlir, döyüş yoldaşlarımı unuda bilmirəm"-Müharibədə iştirak edən müəllim  

 

5 oktyabr dünyada Ümumdünya Müəllimlər günü kimi qeyd olunur. Hazırda dünyanın 100-dən çox ölkəsində ümumdünya səviyyəsində qeyd olunduğu halda, bəzi ölkələrdə müxtəlif tarixlərdə ayrıca olaraq milli səviyyədə Müəllimlər günü qeyd edilir. Bu il müəllimlər və təhsil işçiləri üçün xüsusilə yaddaqalan oldu. Çünki tarixi qələbədən sonra qeyd edilən ilk Müəllimlər günüdür. Müəllimlərimiz də bu tarixi qələbənin əldə olunmasında böyük rol oynayıblar.

 

Vətən müharibəsi iştirakçısı olan müəllimlərdən biri də 5 rayon uğrunda döyüşlərdə iştirak etmiş Masallı rayon müəllimi Ceyhun Muxtarovdur. AzEdu.az qalib müəllim Ceyhun Muxtarovun bu günlə bağlı təəssüratlarını öyrənib.

 

Ceyhun müəllim, müharibədə iştirak etmiş müəllimlərdən biri də sizsiniz. Bu gün sizə qarşı münasibət necə oldu?

 

"Bu gün çox yaxşı keçdi, tədbirlərdə iştirak etdik, ətrafımdan, məni tanıyan şəxslər tərəfindən mənə qarşı münasibət çox yaxşı oldu".

 

Müharibədən qayıtdıqdan sonra necə qarşılanmağınız haqda təəssüratlarını bölüşərdiniz.

 

 

"Hər şey çox yaxşı oldu. Qələbədən sonra müsbət emosiya yaranıb. Əvvəllər də mənə hörmət ediblər, indi də hörmət edirlər. Təkcə öz ərazimiz yox, ətrafımızdan kənarda da tanıyanlar harda görsələr, ehtiramla qarşılayırlar, xalqımız dəyərləndirir. Tovuz hadisələrində Mayıl Novruzov adlı zabit yoldaşım olub. Onun ölümü mənə çox təsir etmişdi. Şükürlər olsun ki, müharibədə iştirak etdim, qələbə də qazandıq. Az da olsa əməyim oldu, 5 rayon uğrunda müharibədə iştirak etdim. Komandanlıqdan da təşəkkür aldım. Kollektivdə yaxşı qarşıladılar, Sağolsunlar çox fərqləndirirlər. Fəaliyyətimi də davam etdirirəm. Sadəcə getdikcə ağır gəlir mənə. Əvvəl elə bilirdim biraz yumşalar, amma unuda bilmirəm. Təkcə özümü yox, döyüşdə yanımda olanları yadımdan çıxara bilmirəm. Hələ də beynim onlarladır."

 

Fidan Ali