Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-05 16:56:00
Məktəblərdə vaksin olunmaq üçün tibbi məntəqələr yaradılmalıdır-Elçin Əfəndi

 

 

Azərbaycanda 12-15 yaşı tamam olmuş yeniyetmələrə COVID-19 xəstəliyi əleyhinə mRNT Pfizer (“Comirnaty”) peyvəndi vurulmağa başlanılacaq.

 

Bu şəxslərin məktəbyaşlı olmasını nəzərə alaraq qərar bəzi valideynlər tərəfindən gözlənilən olsa da, bəzilərinin etirazına səbəb olub.

 

AzEdu.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi bildirib ki, vaksinasiya prosesində iştirak etmək olduqca vacib məsələdir:

 

“12 yaşdan yuxarı yeniyetmələrin də vaksinasiya prosesinə başlanılıb. Düşünürəm ki, burada hər vətəndaş, xüsusən də, valideynlər diqqətli olmalıdılar. Ənənəvi təhsilin qorunub saxlanmasını istəyiriksə, peyvəndləmədə yaxından iştirak etməliyik. Vaksinasiya prosesinin həyata keçirilməsi üçün məktəblərdə komissiya və tibbi məntəqələr yaradılmalıdır. Həmin tibbi məntəqələrdə şagirdlər vaksin oluna bilərlər .Əvvəllər də məktəblərdə peyvənd olunmaq üçün bu tip tədbirlərə əl atılırdı. Həmçinin, valideynlər də məktəbdənkənar tibbi müəssisələrə yaxınlaşaraq övladlarını peyvənd etdirə bilərlər. Düşünürəm ki, şagirdləri vaksinasiyaya cəlb etmək üçün Təhsil Nazirliyi tərəfindən də müvafiq addımların atılacaq və tapşırıqların veriləcək. Ola bilər ki, məktəblərdə yoluxma sayı artarsa, həmin yaş katiqoriyaları üçün vaksinasiya məcburi xarakter daşısın. Lakin valideynləri qınamaq da düzgün deyil. Onlar da bu prosesə və övladlarına həssaslıqla yanaşırlar.Dərslərin ənənəvi qaydada başladığını nəzərə alaraq dövlətin verdiyi qərarlara riayət etməliyik. Bununla da biz yenidən distant təhsilə dönmək kimi problemlə qarşılaşmayacayıq. Bu qərara riayət etməyin vacib olduğunu düşünürəm”.

 

Qeyd edək ki, 12-15 yaşlı yeniyetmələrin vaksinasiyası mərkəzləşdirilmiş şəkildə Bakı Sağlamlıq Mərkəzində aparılacaq.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları