Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-05 16:44:00
Valideynlər peyvənddən qorxmayaraq övladlarını vaksin etdirsinlər-Adil Qeybulla

Azərbaycanda 12-15 yaşı tamam olan yeniyetmələrə COVID-19 xəstəliyi əleyhinə mRNT Pfizer (“Comirnaty”) peyvəndi vurulmaına başlanılacaq.

 

Bu şəxslərin məktəbyaşlı olmasını nəzərə alaraq qərar bəzi valideynlər tərəfindən gözlənilən olsa da, bəzilərinin etirazına səbəb olub.

 

AzEdu.az-a açıqlamasında  tibb elmləri doktoru, professor Adil Qeybulla məsələnin müsbət xarakter daşıdığını və hamının vaksinasiyadan keçməsinin məqsədəuyğun olduğunu qeyd edib:

 

“Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına əsasən, epidemioloji vəziyyətdən aslı olaraq yeniyetmələr vaksinasiya oluna bilər. Ona görə də peyvəndləmə yaşının 12-yə endirilməsini məntiqli hesab edirəm. Çünki hazırda ölkəmizdə kütləvi şəkildə vaksinasiya prosesi gedir. Bu zincirin qırılmaması və kollektiv immunitetin yaranması üçün azyaşlı şəxslərin də peyvənd olunması olduqca vacibdir. Bəzi valideynlər buna etiraz edirlər, lakin nəzərə almaq lazımdır ki, vaksinasiya qorxulu deyil, xeyirli vasitədir. Peyvəndləmənin demək olar ki, heç bir əks təsiri yoxdur. ÜST-ün Xəstəliklərə Nəzarət və Profilaftika Kommitəsi  və digər dünyanın mötəbər səhiyyə mərkəzləri bu prosesə nəzarət edirlər. Maksimum kollektiv immunitetə yaxınlaşmaq və bu bəladan qurtulmaq üçün əhalinin mümkün kotiqoriyalarında immunitet yaranmalıdır. Bunun üçün də vaksinasiyanın olması çox vacibdir. Ona görə də bu qərarı olduqca məntiqli hesab edirəm”.

 

Qeyd edək ki, cari epidemioloji vəziyyəti, Avropa Dərman Agentliyi, Amerika Ərzaq və Dərman Administrasiyasının yeniyetmələrə mRNT Pfizer (“Comirnaty”) peyvəndinin vurulmasına rəsmi icazələrini nəzərə alaraq Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurasının qəbul etidiyi qərara əsasən müvafiq tibbi göstərişlərə və hər iki valideynin razılığına əsasən 12-15 yaşı tamam olmuş yeniyetmələrə COVID-19 xəstəliyi əleyhinə mRNT Pfizer (“Comirnaty”) peyvəndi vurula bilər.

 

12-15 yaşlı yeniyetmələrin vaksinasiyası mərkəzləşdirilmiş şəkildə Bakı Sağlamlıq Mərkəzində aparılacaq.

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları