Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-05 15:28:00
Bakı Şəhəri üzrə Təhsil İdarəsinə ötən ay 6 min 994 müraciət daxil olub

Sentyabr ayı ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) 6 min 994 müraciət daxil olub.

 

Bu barədə AzEdu.az-a BŞTİ-dən məlumat verilib. Bildirilib ki, daxil olan müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ şəkildə həll olunub.

 

Statistikaya əsasən, Çağrı Mərkəzinə (146-0 nömrəli) 2381 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzinə isə bu dövrdə 159 vətəndaşın videoqəbul formatında müraciəti daxil olub.

 

Ötən ay BŞTİ-yə 3 min 409 sənəd (vətəndaşlar tərəfindən 1727 ərizə, Təhsil Nazirliyindən 223, digər qurumlardan 170, məktəblərdən 1020 məktub, 31 strukturdaxili yazışma və 238 kadr ərizəsi) daxil olub və qeydiyyata alınıb. Həmçinin 1045 elektron müraciətə baxılıb.

 

Daxil olan müraciətlər müxtəlif məsələlərin tənzimlənmə qaydalarının öyrənilməsi, işə qəbul, şagird yerdəyişməsi, məktəbəhazırlıq, müəllimlərin əmək müqaviləsinin müddətinin uzadılması, informasiya təminatı və digər məsələləri əhatə edib.