Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-04 11:36:00
UNEC rektoru müəllimləri təbrik etdi

 

Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov 5 oktyabr Beynəlxalq Müəllimlər Günü münasibətilə müəllimləri təbrik edib.

 

AzEdu.az rektorun paylaşımını təqdim edir:

 

“Əziz müəllimlər,

 

Hər birinizi Beynəlxalq Müəllimlər günü münasibətilə səmimi qəlbdən təbrik edirəm.

 

Ömürlərini elm və təhsilə həsr edən, daim öyrənmək və öyrətmək ruhu ilə yaşayan dəyərli müəllimlərimiz hər kəs üçün əvəzolunmaz dəyərə malikdir. Ümummilli Lider Heydər Əliyevin vurğuladığı “Həyatını müəllimliyə həsr edən insanlar, həqiqətən, fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən insanlardır” fikri bu müqəddəs peşəyə könül verən fədəkar insalara verilən xüsusi qiymətin ən bariz nümunəsidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən müəllimlərə göstərilən xüsusi diqqət və qayğı bu peşə sahiblərinə əvəzolunmaz ruh yüksəkliyi bəxş etməkdədir.

 

Müasir düşüncəyə sahib peşəkar insan kapitalının yetişdirilməsində, eləcə də gənc nəslə vətənpərvər və milli ruhun aşılanmasında sizin rolunuz böyükdür və bu məsuliyyətli vəzifələri daşımaqla hər birinizə sonsuz təşəkkür borcluyuq.

 

Müəllim adını daim uca tutan bütün müəllimləri bir daha təbrik edir, ən xoş arzularımı çatdırıram!”