Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-04 11:51:00
Məktəbəhazırlıq qruplarında keçiriləcək dərslər və onların saatları-VALİDEYNLƏRİN DİQQƏTİNƏ

Oktyabrın 1-dən dövlət ümumi təhsil müəssisələrində yaradılmış məktəbəhazırlıq qruplarında məşğələlərə start verilir.

 

 

2021-2022-ci tədris ilində respublika üzrə ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında 117 176 şagirdin təhsilə cəlb olunacağı gözlənilir. 

 

 

AzEdu.az “Məktəbə hazırlığın təşkili qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarına əsasən bildirir ki, məktəbəhazırlıq qruplarında həftə ərzində 4 gün olmaqla 12 məşğələ təşkil edilir.

 

 

Qruplarda bir məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə 10 dəqiqə müəyyən edilir.

 

 

Həmçinin, məktəbəhazırlıq qruplarında “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi” və “Fiziki mədəniyyət” dərs məşğələləri tədris edilir. 

 

 

Xatırladaq ki, məktəbəhazırlıq qruplarında məşğələlər mayın 31-də başa çatır

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları